Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kompüterlərin zərərli proqram və təhlükəli saytlardan müdafiəsi üçün ödənişsiz xidmət istifadəyə verilib


Rusiyanın "Yandeks" şirkəti kompüterlərin zərərli proqram və təhlükəli saytlardan müdafiəsi üçün ödənişsiz xidmət istifadəyə verib. Şirkətin bloqunda dərc edilmiş xəbərə əsasən, "Yandeks.DNS" xidməti istifadəçinin kompüterini zərərli, fırıldaq və ya porno saytlardan müdafiə edir.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, "Yandeks.DNS xidmətini kompüter, mobil və ya "Wi-Fi" müraciət nöqtəsi vasitəsilə bütün şəbəkədə sazlamaq olar. "Yandeks.DNS" xidmətini, məsələn ev routerində sazlamaqla ona qoşulan qurğuların hamısını təhlükəsiz vəziyyətə gətirmək mümkündür".

Xidmət üç rejim nəzərdə tutur: zərərli saytlardan müdafiə edən "Təhlükəsiz", təhlükəli və porno saytlardan qoruyan "Ailə", "Filtrasiyasız". Mütəxəssislər bildirib ki, "Yandeks.DNS" xidməti axtarış nəticələri və öz antivirus həllindən istifadə edir.

Yuxarıda deyilənlərə əlavə olaraq qeyd edək ki, "Yandeks.DNS" xidməti internetin sürətinə təsir etmir.

Emil Hüseynov




04/04/13    Çap et