Hesab.az portalında “Bakcell həftələri” kampaniyasına start verilib
Hesab.az portalında "Bakcell həftələri" kampaniyası keçirilir. Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet-provayderi olan "Bakcell" şirkətinin xidmətlərindən istifadə edənlər, artıq ölkənin ən iri onlayn ödəmələr portalı olan "Hesab.az"-da əlavə bonus qazana bilərlər.
Nəzərdə tutulan altı "Bakcell həftəsi"ndən birincisi 03-09 aprel tarixində keçirilir. "Hesab.az" portalı bu müddət ərzində qeydiyyatdan keçən istifadəçilərinə "Bakcell" xidmətləri üzrə aparılan 10 AZN-dək əməliyyatlara görə ikiqat bonus (hər 1 manat 200 bonus), 10 AZN-dən - 20 AZN-dək əməliyyatlara görə üçqat (hər 1 manat 300 bonus), 20 AZN-dən çox əməliyyatlara görə isə dördqat bonus (hər 1 manat 400 bonus) qazandıracaq. Yığılmış xallar hesabına "Bakcell" abunəçiləri Hesab.az hərraclarında xüsusi hədiyyələr əldə edə biləcəklər. Bu məqsədlə portaldakı bonus hərraclarına mobil operator tərəfindən yüzlərlə "Bakcell" və "Mançester Yunayted" hədiyyələri çıxarılır.
Hərraclarda iştirak etmək üçün "Hesab.az" portalında qeydiyyatdan keçmək və 20 min bonus xalı toplamaq kifayətdir. "Bakcell həftələri" kampaniyasında iştirak etmək üçün
www.hesab.az səhifəsinə daxil olmaq lazımdır.
Xatırladaq ki, "GoldenPay" ödəmə texnologiyaları əsasında çalışan Hesab.az portalı mobil operatorlarla bərabər, əksər internet-provayderlər, bütün kabel televiziya şəbəkələr və kommunal şirkətlərinin xidmətlərini bank kartları vasitəsi ilə ödəmək imkanı verir.
Bu zaman qeydiyyatdan keçən 48 min istifadəçi şəxsi kabinet açmaq, ödəniş tarixçələrini aparmaq və hər ödəmə zamanı bonus qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak edə bilərlər.
Portalın xidmətləri pulsuzdur, tərəfdaşı olan 45 şirkət üzrə hesabları isə mobil telefonlar vasitəsi ilə də - m.hesab.az resursundan ödəmək olar. Əməliyyatların təhlükəsizliyi beynəlxalq ödəniş sistemləri tərəfindən tətbiq edilən "VeriSign SSL" və "GeoTrust SSL"-şifrələnmə əsasında təmin edilir.
CAHANGİR