Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti “Android” və “iPhone” üçün yenilənmiş “QuickOffice” buraxıb


“Google” şirkəti “QuickOffice”in lokal kompüterlərdə ofis faylları ilə işləmək istəyən mobil qurğu istifadəçiləri üçün “Android” və “iPhone” versiyalarını istifadəyə verib.

«ICTnews» xəbər xidmətinin “cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, bu məhsul “Excel”, “Word” və “PowerPoint” fayllarına lokal olaraq baxmağa və redaktə etməyə imkan verir. “Google Docs”dan fərqli olaraq, “QuickOffice” sistemi tam lokal olaraq işləyir və internetə qoşulma tələb etmir.

“Google” şirkəti “Google Apps”ın kommersiya variantları üçün “QuickOffice” sisteminə çıxışı pulsuz elan edib, həmçinin bu məhsulun yenilənmiş versiyasını “Apple App Store”da və “Google Play”da yerləşdirib.

Bir müddət öncə internet nəhəngi “QuickOffice” sisteminin “Apple iPad” və “Chrome OS” üçün nəzərdə tutulmuş versiyasını buraxıb. Sonda şirkət “QuickOffice” sisteminin və “Google Docs”un böyük hissəsini birləşdirmək və onların “Google” şirkətinin “Gmail”, “Drive”, “Slides”, “Calendar” və digər onlayn məhsulları ilə işləmək imkanını təmin etmək niyyətindədir.

Aynur Vəliyeva




04/04/13    Çap et