Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bu gün Beynəlxalq internet günüdür
Bu gün bütün dünyada Beynəlxalq internet günü qeyd edilir. "ICTnews" xəbər xidmətinin "Wikipediya"ya istinadən verdiyi məlumata əsasən, bu gün veb-usta (veb –developer, veb-dizayner) və ümumiyyətlə qlobal internet şəbəkəsi ilə bağlılığı olan hər kəsin bayramıdır.
Bu bayramın dərin, bir qədər mübahisəli tarixçəsi var. Belə ki, 4 aprel tarixində, şagirdlərin və tələbələrin himayəçisi olan və tarixdə ilk "Etymologiae" ensiklopediyasının yaradıcısı Sevilyalı müqəddəs İsidorun ölüm günüdür. "Wikipediya"da qeyd edilib ki, 4 aprel tarixi həm də "HTTP 404" səhvinə oxşadığı üçün bu təqvim qeyd edilir.
Məlumat üçün qeyd edək ki, katolik kilsəsi 1998-ci ildə ümumdünya internet şəbəkəsini insan bilikləri xəzinəsi adlandırıb.
Uzun müddət namizədlər arasında seçim edən Vatikan 2000-ci ildə belə qərara gəlib ki, internetin ən yaxşı himayəçisi müqəddəs İsidor ola bilər.
Öz qərarını şərh edən II İoann Pavel bildirib ki, insan biliklərinin xəzinəsi internetdir, buna görə də o, bu missiyanı müqəddəs İsidora həvalə edib. Qeyd edək ki, internet himayəçisi ilk dəfə olaraq çarpaz istinad sistemindən istifadə edib. Bu sistem qlobal şəbəkədə istifadə edilən hiperistinadları xatırladır.
Aynur Vəliyeva
04/04/13 Çap et