Mikroprosessorlar bazarında rəqabət
2011-ci ilin ikinci rübündə “x86” arxitekturası ilə olan mikroprosessorlar bazarında “AMD” şirkətinin payı 19,4% olub. Məlumat üçün qeyd edək ki, keçən il bu göstərici 17,8% idi. Eyni zamanda “İntel” şirkətinin bu arxitekturaya aid olan payı 81,3%-dən 79,9%-ə qədər azalıb.
Analitiklərin fikrincə, “AMD” payının artması qrafik nüvəyə malik olan “Fusion” nəsli prosessorlarına yüksək tələbat ilə bağlıdır. Qeyd edək ki, şirkət onların tədarüklərinə hələ keçən ilin sonunda başlayıb. Rəsmi informasiyaya əsasən, ikinci rübdə “Fusion” çipləri noutbuklar üçün bazara tədarük olunan prosessorların 70%-dən çox hissəsini tutub. Tayvan ekspertlərinin proqnozuna görə, 2012-ci ildə prosessorlar bazarında “AMD” şirkətinin payı 25%-ə qədər arta bilər.
corp.cnews.ru