Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kibercinayətkarlar hər üç dəqiqədən bir kommersiya müəssisələrinə hücüm edirlər


Şəbəkə təhlükəsizliyi sahəsində ixtisaslaşmış "FireEye" şirkətinin yeni hesabatına əsasən, kibercinayətkarlar hər üç dəqiqədən bir kommersiya müəssisələrinə hücüm həyata keçirirlər. Onların təcrübədə istifadə etdikləri daha təkmil zərərli proqram təminatını şəbəkəarası ekran və ya antivirus kimi ənənəvi təhlükəsizlik vasitələrinin köməkliyi ilə aşkar etmək olmur.

Ekspertlər 89 milyon virus hücumunu təhlil edərək bu nəticəyə gəliblər. Mütəxəssislər aydınlaşdırıblar ki, korporativ istifadəçilərə qarşı həyata keçirilən ən geniş hücum metodu məqsədli fişinqdir. Potensial "qurban"a biznes mövzusunda elə tərtib edilmiş elektron mesaj göndərirlər ki, istifadəçi çaşsın və o, məktuba bərkidilmiş zərərli faylı aktivləşdirsin və ya istinadda qeyd edilmiş ünvan üzrə keçid etsin. "FireEye" tərəfindən aşkar edilmiş bu cür mesajların əksəriyyətinin mövzusu maliyyə məlumatları və ya işgüzar mövzudan ibarət olub.

Ekspertlər, həmçinin vurğulayıblar ki, hücum metodları sadə olaraq qalır, lakin zərərli proqram təminatının alqoritmləri getdickə daha da mürəkkəbləşir.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "zərərli proqram təminatının aşkar edilməsini çətinləşdirən yeni üsullar yaranıb. Məsələn, bəzi proqramlar yalnız mausun kursorunun hərəkət etdirilməsi zamanı işə salınır.

Sözügedən taktika "sandbox" tipli mövcud təhlükəsizlik mexanizmlərini aldatmağa imkan verir, çünki zərərli kod öz-özlüyündə heç bir fəallıq yaratmır" – "FireEye" şirkəti xəbərdarlıq edib. "FireEye" şirkətinin texniki direktoru Aşar Əziz əmindir ki, zərərli proqram təminatının təkamül prosesi göstərir ki, müəssisələr yeni intellektual müdafiə mexanizmlərindən istifadəyə keçməlidirlər.

Emil Hüseynov




04/04/13    Çap et