Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin azərbaycanlı tələbələri texnologiyalar üzrə ixtisaslaşan təhsil müəssisələrinə dəvət edir


Çin Xalq Respublikası azərbaycanlı tələbələr üçün təqaüd proqramı elan edir. Azərbaycanla Çinin Təhsil nazirlikləri arasında imzalanmış sazişə uyğun olaraq həyata keçirilən təqaüd proqramına qəbul bakalavr, magistratura və doktorantura səviyyələrində aparılır.

"ICTnews" elektron xəbər xidmətinə nazirlikdən bildirilib ki, respublikamızda daha çox ehtiyac duyulan ixtisaslara uyğun təklif olunan təhsil müəssisələri arasında texnologiyalar üzrə ixtisaslaşan məktəblər də yer alıb.


Bu təhsil müəssisələrinə Şanxay Elm və Texnologiya Universiteti ( www.usst.edu.cn ), Elm və Texnologiya üzrə Şərqi Çin Universiteti (www.ies.ecust.edu.cn) Beijing Texnologiya Universiteti (www.bjut.edu.cn ), Pekin Elm və Texnologiya Universiteti ( www.ustb.edu.cn), Beijing Texnologiya İnstitutu (www.bit.edu.cn) daxildir:  Təqaüdə layiq görülmüş tələbələr 1 il çin dilindən hazırlıq kursu keçməlidir. Təhsil çin dilindədir. Müsabiqədə iştirak etmək istəyənlər aprelin -12-nə qədər müvafiq sənədləri Təhsil Nazirliyinə təqdim edilməlidir".

HƏQİQƏT




04/04/13    Çap et