Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung”dan “Galaxy Win”


"Samsung" şirkəti "Galaxy Win" smartfonunu təqdim edib. Qurğu 480×800 piksel təsvir ölçülü 4,7 düymlü "TFT" ekran, 1.2 QHs takt tezlikli dördnüvəli prosessor və 5 meqapikselli əsas kamera ilə təchiz edilib.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Samsung Galaxy Win" aparatı "Android 4.1" platforması ilə işləyir və 2000 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib.

Qurğunun ölçüləri 133×71×9 mm, çəkisi 144 qramdır. Aparatın n’ vaxt satışa çıxarılması və qiyməti haqqında məlumat verilmir.

Emil Hüseynov




04/04/13    Çap et