Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Goranboy sahibkarları üçün elektron xidmətlər mövzularında treninq keçirilib


İqtisadi İnkişaf Nazirliyi (İİN) Goranboy rayonunun əsasən məcburi köçkünlərin məskunlaşdığı Ağcakənd qəsəbəsində sahibkarlar üçün nazirlik tərəfindən göstərilən elektron xidmətlər mövzularında treninq keçirib.

Bu barədə "ICTnews" elektron xəbər xidmətinə İİN-in mətbuat xidmətindən məlumat verilib. Tədbirdə biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının, strateji planlaşdırmanın, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması barədə ətraflı məlumatlar verilib.

İştirakçılara həmçinin www.icazeler.gov.az və www.b2b.az portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar və s. barədə məlumatlar çatdırılıb.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

SEYMUR




04/04/13    Çap et