Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2013-cü ildə 2,4 milyard hesablama qurğusu satılacaq
"Gartner" analitik şirkətinin proqnozuna görə, bu il qlobal bazarda təxminən 2,4 milyard kompüter, planşet və mobil telefon satılacaq. Bu, ötən illə müqayisədə 9% çoxdur.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, hesabatda bazarın "lider"ləri haqda məlumat yoxdur, lakin "Android" mobil əməliyyat sisteminin mobil qurğular üçün əhəmiyyəti vurğulanıb.
Bu il satılmış "Android" qurğuların ümumi sayı təxminən 861 milyon olacaq, 2017-ci ilədək isə bu göstərici 2,4 milyard qurğu səviyyəsinə çatacaq.
Satış həcminə görə (354 milyon) "Windows" ikinci, "Mac OS X" (293 milyon) üçüncü olacaq. 31 milyon qurğu göstəriciyə malik "BlackBerry" sonrakı yerdə qərarlaşıb.
Emil Hüseynov
05/04/13 Çap et