Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeniyetmə və gənclər arasında müasir işıqqaytarıcı aksesuarlar paylanacaq


Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə Azərbaycanda ilk dəfə olaraq "İşıqlı həyat" layihəsi həyata keçirilir.

Layihənin birinci hissəsi aprelin 20-nə qədər Bakı şəhərində keçiriləcək. "ICTnews" elektron xəbər xidmətinə nazirlikdən verilən məlumata görə, layihənin həyata keçirilməsində əsas məqsəd respublikada nəqliyyat təhlükəsizliyi problemlərinə cəmiyyətin diqqətini cəlb etməklə, Azərbaycanda yeniyetmə və gənclərin yol qəzalarında həlak olmalarının qarşısının alınmasıdır.

Layihə çərçivəsində il ərzində davam edəcək maarifləndirici tədbirlərin həyata keçirilməsi ilə yanaşı, "İşıqlı həyat" adlı teatr tamaşasının səhnələşdirilməsi, Azərbaycanın tarixini və milli mədəniyyətini əks etdirən müasir işıqqaytarıcı aksesuarların yeniyetmə və gənclər arasında paylanması nəzərdə tutulub. Layihənin start götürməsi ilə əlaqədar olaraq bu gün mətbuat konfransı keçiriləcək.

HƏQİQƏT




05/04/13    Çap et