Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda vizanın elektron formada verilməsi ölkəyə turist axınını artıracaq


Azərbaycana gələn xarici vətəndaşlara vizanın elektron qaydada verilməsi ölkəyə turist axınını artıracaq. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, xarici vətəndaşlara vizaların elektron formada verilməsinə artıq başlanılıb. "Biz 30-a yaxın turizm şirkəti ilə danışıqlar aparmışıq. Artıq həmin şirkətlərin əməkdaşları müvafiq treninqlərdən keçmiş və lisenziyalaşdırılıb".

Sözügedən turizm şirkətləri xarici vətəndaşlara elektron qaydada vizanı verə biləcək və ümid edirəm ki, bu, ölkəyə gələn xarici vətəndaşların sayına müsbət təsir göstərəcəkdir.

Ə.Qarayev əlavə edib ki, Azərbaycana gələn əcnəbi vətəndaşlara elektron viza 20 ABŞ dollarına təklif olunur.




05/04/13    Çap et