Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2013-cü ildə “İPTV”-nin abunəçi bazası 100 milyonu ötəcək
2013-cü ilin sonunda “İPTV”-nin (İnternet Protocol TV) abunəçi bazası 100 milyonu ötəcək. 2017-ci ilədək interaktiv televiziyanın abunəçi bazası 181 milyon ev idarəetməsini ötəcək. “Pyramid Research” şirkətinin analitiklərinin proqnozuna əsasən, hər il 34.5 milyon ev bu cür xidmətlərə abunə olacaq.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2012-ci ilin yekununa görə, “İPTV”-nin qlobal auditoriyası 32% artaraq 84.3 milyon ev idarəetməsi olub. Sözügedən xidmətin təxminən 20%-i Çində yaşayır.
Ekspertlər Asiya-Sakit okean regionunu “İPTV”-nin ən böyük bazarı adlandırıblar. “Digital TV Research” tədqiqat firmasının proqnozuna əsasən, 2017-ci ilədək dünyada “İP” televiziyanın abunəçi bazası 165 milyon insan olacaq.
Emil Hüseynov
05/04/13 Çap et