Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mobil tətbiqlər populyarlaşır
“Flurry” şirkətinin qiymətləndirməsinə əsasən, amerikalılar gün ərzində planşet kompüterlər və smartfonlarla orta hesabla 2 saat 38 dəqiqə vaxt keçirirlər. Bu müddətin 80%-i (2 saat 7 dəqiqə) müxtəlif mobil tətbiqlərlə işləməyə sərf olunur.
“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, smartfon və planşetlər üçün tətbiqlər getdikcə populyarlaşır. Ən populyar kateqoriya isə oyunlar adlandırılıb: “Flurry” analitik şirkətinin məlumatına əsasən, həmin müddətin 32%-i onların payına düşür.
“Facebook”un payına 18%, digər sosial şəbəkələrin payına isə 6% düşür. Xəbərlərin oxunması üçün tətbiqlərin payı 2%-dir. 2012-ci ilin son rübündə smartfon və planşet istifadəçiləri gün ərzində orta hesabla 7.9 tətbiq işə salıblar. Müqayisə üçün, 2011-ci ildə bu göstərici 7.5, 2010-cu ilin dördüncü rübündə isə 7.2 olub.
Emil Hüseynov
05/04/13 Çap et