Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“ICANN” nəhəng domen qeydiyyatçısının tənqidinə məruz qalıb
Dünyanın aparıcı domen qeydiyyatçısı olan “Verisign”, “ICANN” korporasiyası tərəfindən yeni gTLD-zonaların yaradılması ilə bağlı bəyanatla çıxış edib.
Bəyanatda bu tədbirin inkişaf etməmiş və domen sisteminin stabilliyi və şəbəkənin işinin texniki aspektləri üçün bir sıra təhlükələrin yaradılmasına səbəb ola biləcəyi bildirilib.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, aprelin 23-dən “ICANN”, biznes və fərdi şəxslər tərəfindən sifariş edilmiş, yeni yaradılmış domen zonalarının siyahısını təqdim edəcək.
“Verisign”dan bildirilib ki, “ICANN”-a etiraz məktubu göndərilib, bundan öncə isə ABŞ-ın Qiymətli kağızlar və birjalar üzrə komissiyasına məktub göndərilib. Hər iki məktubda bildirilir ki, bu gün qəbul edilən qərarlar “çox irəli gedəndir” və “onları sadəcə anlamaq lazımdır” kimi qeyri-pozitiv fikirlər açıqlanır.
“Verisign”ın sözlərinə əsasən, birmüddətlik təşkilati, hüquqi, əxlaqi və etik problemlər yaddan çıxarılsa belə, bir sıra texniki problemlər ortaya çıxır ki, onlar internetin domen sistemini açmağa imkan verir, bu da qətiyyən yolverilməzdir.
Bundan başqa, “Verisign” “ICANN”-ın çox həvəslə asan qazanc dalınca düşməkdə (hər bir domen zonasının qeydiyyatı 180 min dollar təşkil edir) və yoxlama prosesini çox tələsik aparmaqda ittiham edib. “Verisign” özü də domen zonalarının qeydiyyatı üçün müraciət edib və onun sifarişləri ilkin seçim sistemindən keçib, lakin bu, ümumi iradları dəyişmir.
“Verisign” hesab edir ki, yeni gTLD qeydiyyatını əhəmiyyətli dərəcədə azaltmaq, hər sifarişə isə maksimal dərəcədə geniş baxmaq lazımdır. “Verisign”la yanaşı, gözlənilən problemlərin sayından narahat olan “PayPal” şirkətinin nümayəndələri də, “ICANN”-a oxşar məktubu göndəriblər.
“ICANN”-ın yeni rəhbəri Fadi Çehad ise, “ICANN” üçün DNS-lərin təhlükəsizliyinin həmişə əsas məqsəd olduğunu bildirib. “İstənilən məktub və ya etiraz “ICANN” çərçivəsində internet ictimaiyyəti ilə geniş müzakirə edilib”, - deyə o bildirib.
“Verisign” artıq bu gün domen sistemində uzun illərlə yaranan bir sıra problemlərin mövcud olduğunu və bu problemləri həll etmək üçün düşünülmüş biznes-proses modeli yaradılmazsa normal qeydiyyat sisteminin mümkünsüzlüyünü bildirib. “İnternet şəbəkəsi hazırda gözlənilməyən problemlərlə rastlaşır. Bütün domen sistemi iyerarxiyasına yenidən baxılır, istənilən nasazlıq qlobal fəlakətə gətirib çıxarır ", - deyə “Verisign” qeyd edib.
Aynur Vəliyeva
05/04/13 Çap et