Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər ABŞ-ın Məxfi xidmətinin direktorunun fərdi məlumatlarını ələ keçiriblər


ABŞ prezidentinin mühafizəsindən cavabdeh olan ABŞ-ın Məxfi xidmətinin direktoru Culiya Pirson ilk iş günlərindəcə uğursuzluqla üzləşib.

Belə ki, naməlum hakerlərin qurumun daxili kompüter şəbəkəsindən onun bütün fərdi məlumatlarını (telefon nömrələri, kredit kartı haqqında informasiya, sosial sığorta) ələ keçirdikləri bildirilib.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, ələ keçirilmiş bütün məlumatlar internetdə açıq girişdə yerləşdirilib. Culiya Person fərdi məlumatlarının ələ keçirilməsi faktına qarşı münasibət bildirməyib.

Emil Hüseynov




05/04/13    Çap et