Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial inteqrasiyası üzrə milli icma modeli formalaşır


Qaradağ rayonunun Sahil qəsəbəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial inteqrasiyası proqramı həyata keçirilir. Proqramın məqsədi uşaqların bacarıqlarını üzə çıxararaq, özlərini gələcəkdə sərbəst idarə etməsi üçün imkanlar yaratmaqdır.

Mərkəzdə psixoloji və fiziki reabilitasiya və cəmiyyətə inteqrasiyası üçün sosial-psixoloji və səhiyyə xidmətləri ilə bərabər inklüziv təhsil sistemi də icra olunmaqdadır. "ICTnews" elektron xəbər xidmətinə bu barədə İKT İnformasiya Mərkəzindən məlumat verilib.

Mərkəzdən qeyd edilib ki, proqram "Müşfiq" Əlil Uşaqlara Yardım İB-yi və "Holcim Azərbaycan" şirkəti tərəfindən Sahil qəsəbəsində 10 il davamlı olaraq birgə həyata keçirilir.

Proqram çərçivəsində xalçaçılıq və kiçik nəşriyyat işləri daxil olmaqla, uşaqlar üçün bir neçə peşə təlimləri təşkil olunur. Azərbaycanda yeganə olaraq tətbiq edilən "PORTEC" reabilitasiya avadanlığı vasitəsilə uşaqların əlillik dərəcəsinin azalmasına erkən müdaxilə də həyata keçirilir.

Mərkəzdən qeyd edilib ki, ümumilikdə bu təşəbbüs Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial inteqrasiyası üzrə milli icma modeli kimi istifadə oluna bilər.

HƏQİQƏT




05/04/13    Çap et