Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İsveçrədə UYT diapazonunda tezliklərin koordinasiyası mövzusunda iclas keçiriləcək
İsveçrənin Cenevrə şəhərində Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdə rəqəmsal yayıma keçidlə bağlı məsələlər müzakirə ediləcək.
Dövlət Radiotezliklər İdarəsindən (DRİ) verilən məlumata görə, 18-19 aprel tarixlərində Cenevrədə Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası, Tacikistan, Türkiyə, Türkmənistan, Ukrayna, Özbəkistan və Ermənistan arasında Ultra Yüksək Tezlik (UYT) diapazonunda tezliklərin koordinasiyası mövzusunda iclas keçiriləcək.
İclasda rəqəmsal yayıma keçidlə bağlı rəqəmsal televiziyanın texniki xarakteristikası, spektr tələblərinə uyğun olan üsulların təyini və digər mövzular müzakirə olunacaq.
CAHANGİR
05/04/13 Çap et