Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” “iPhone”-la istifadəçilərini izləyir?!


“Mirae Law” vəkil bürosu “Apple” şirkətinə qarşı “iPhone”-da aşkar edilən izləmə texnologiyasına görə ittiham edib. 2011-ci ilin aprel ayında 2 Britaniya tədqiqatçısı müəyyənləşdirib ki, “iPhone” vasitəsi ilə istifadəçiyə nəzarət etmək mümkündür. Koreya sakinləri də bu iddianı təsdiqləyir. Belə ki, artıq 27,8 mindən çox koreyalı kollektiv məhkəmə iddiasında iştirak etmək arzusunda olduğunu bildirib. “Mirae Law” “Apple” şirkətinin onların hər birinə 1 milyon Koreya vonu dəyərində kompensasiya (təxminən 950 dollar) ödəyəcəyini hesablayır. Belə olan halda isə, kompensasiya məbləği 26,5 milyon dollar təşkil edəcək.


biz.cnews.ru




02/08/11    Çap et