Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Amerikanın məşhur şirkəti ölkəmizdə rəqəmli yayımın təmin edilməsi üçün həyata keçirilən işlərdə iştirak etmək niyyətindədir


"Harmann" şirkəti mütləq Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunlarının səs texnologiyaları ilə təchizatında iştirak edəcək. Şirkətin peşəkar sistemlərin satışı üzrə mütəxəssisi Qriqori Parovichnikovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, "Harmann" üçün Azərbaycan bazarı çox böyük əhəmiyyət kəsb edir.

"Sizin ölkə də daimi inkişaf edir və bu bizim üçün böyük iş potensialı yaradır. Biz mütəmadi olaraq Bakıda peşəkar mütəxəssislər üçün seminarlar və treninqlər keçirəcəyik. Bizim şirkət Azərbaycanın bir sıra mühüm layihələrində iştirak edir, bu layihələr ölkə aeroportlarında, nəqliyyat sistemində, dəmiryol stansiyalarının inkişafına yönəldilib. Gələcək perspektivdə Azərbaycan televiziyasının inkişafında, rəqəmli yayımın təmin edilməsi üçün həyata keçirilən işlərdə iştirak etmək niyyətindəyik. Bu layihələrdə biz səs ahəngini yaratmaq üçün avadanlıqlar təqdim etməyə hazırıq. Bizim səs avadanlıqlarından "BBC" "CCN", "ORT, "RTR" kanallarında geniş istifadə edirlər", - deyə o bildirib.

Q. Paroviçnikovun sözlərinə əsasən, "Harmann" şirkətinin məhsullarından dünyada fəaliyyət göstərən mühüm və böyük stadionların 70%-i istifadə edir.

"Stadionların səs təchizatında bizim həyata keçirdiyimiz layihələrdə avadanlıqların quraşdırılması ilə yanaşı, mütəxəssislər tərəfindən tam sazlanması da təmin edilir ki, istifadə zamanı hər hansı problemlər ortaya çıxmasın", - Q. Parovariçnikov qeyd edib.

Aynur Vəliyeva




06/04/13    Çap et