Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nəqliyyat və Texniki Təminat İdarəsi yaradılır


Nazirlər Kabineti (NK) Dövlət Dəniz Administrasiyasının tabeliyində Nəqliyyat və Texniki-Təminat İdarəsinin yaradılması haqqında qərar qəbul edib. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə NK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, NK bu qərarı konstitusiyanın 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq və Dövlət Dəniz Administrasiyasının Əmlak Məsələləri Dövlət Komitəsi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini əsas götürərək alıb.

Qərarda həm də Dövlət Dəniz Administrasiyasına tapşırılır ki, Nəqliyyat və Texniki-Təminat İdarəsinin əsasnaməsini və strukturunu təsdiq etsin.

Eyni zamanda Maliyyə Nazirliyinə tapşırılır ki, bu qərarın 1-ci hissəsi ilə yaradılan idarənin saxlanılması üçün dövlət büdcəsindən müvafiq vəsaitin ayrılmasını təmin etsin. Qərar imzalandığı gündən qüvvəyə minir.

SEYMUR




06/04/13    Çap et