Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət komitələri coğrafi informasiya sistemləri ilə bağlı müzakirə aparıb


Dövlət Statistika Komitəsində Məlumatların yayılması şöbəsi tərəfindən “Сoğrafi informasiya sisteminin yaradılması və inkişaf etdirilməsi” mövzusunda görüş keçirilib.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, görüşdə Aparatın işçi qrupunun üzvləri ilə birgə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşları - işçi qrupunun üzvləri iştirak ediblər. Məlumatların yayılması şöbəsinin müdiri, işçi qrupun rəhbəri Meri Əmirova Dövlət Statistika Komitəsində coğrafi informasiya sisteminin tətbiqi barədə ətraflı danışıb.

DTXK-nın əməkdaşları da öz növbəsində coğrafi informasiya sisteminin tətbiqi imkanlarının öyrənilməsi barədə geniş məlumat veriblər. Sonda bu sahədə əməkdaşlığın formaları nəzərdən keçirilib və işlərin davam etdirilməsi barədə razılıq əldə olunub.

CAHANGİR




06/04/13    Çap et