Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakı Biznes Tədris Mərkəzində İİN-in e-xidmətləri ilə bağlı treninq keçirilib


İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Bakıda sahibkarlar üçün treninq keçirilib.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları", "İdxalı əvəz edəcək məhsulların istehsalının və ixracının stimullaşdırılması" və "İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında keçirilən tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Bakı Biznes Tədris Mərkəzinin əməkdaşları, eləcə də Bakı şəhəri və qəsəbələrində fəaliyyət göstərən sahibkarlar və menecerlər iştirak edib.

Eləcə də Avropa İttifaqına ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, Avropa İttifaqının "Ümumiləşdirilmiş Preferensiyalar Sistemi" Proqramının ("GSP+") əsas xüsusiyyətləri, sistemin biznes üçün potensial faydası, ixracyönümlü məhsulların istehsalının stimullaşdırılması, daxili istehsalın keyfiyyətinin yüksəldilməsi və s. barədə ətraflı məlumatlar verilmiş, mövzular üzrə təqdimatlar keçirilib.


Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.

SEYMUR




08/04/13    Çap et