Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Pan Gi Mun “Skype” üzərindən gənc pakistanlı qız ilə əlaqə saxlayıb və onu “ümid simvolu” adlandırıb


Cümə günü BMT-nin baş katibi Pan Gi Mun gənc hüquq müdafiəçisi, pakistanlı qız Malala Yusefzay ilə əlaqə saxlayıb. Qeyd edək ki, Malala Yusefzay qadınların təhsil hüququnu aktiv müdafiə etdiyinə görə taliblər ondan qisas almışdılar.

Belə ki o, taliblərin gülləbaran etdiyi məktəb avtobusunda olmuş və yaralanmışdı. O, xəstəxanada bir neçə ay müalicə alıb və yalnız bu yaxınlarda yenidən məktəbə getməyə başlayıb. "ICTnews.az" elektron xəbər xidməti "un.org" saytına istinadən bildirir ki, Pan Gi Mun Malala ilə "Skype" internet-telefoniya xidməti üzərindən danışıb.

Bu barədə jurnalistlərə BMT-nin baş katibinin mətbuat katibi Martin Nesirki məlumat verib. O qeyd edib ki, "Baş katib Malalanı ümid simvolu və BMT-nin qızı adlandırıb. Onun sözlərinə görə, "əgər biz qadınlara təhsil vermiş olsaq, o zaman ailə, cəmiyyət və ölkəyə təhsil vermiş olacağıq".

Malala cavabında bildirib ki; "O, özünü əla hiss edir və bir lider kimi dünyaya xidmət etmək istəyir" – Martin Nesirki əlavə edib. Pan Gi Mun Malalaya göstərdiyi cəsarətinə görə təşəkkür edib və bildirib ki, gənc pakistanlı qızın mövqeyi "hamı üçün təhsil" hərəkatına qoşulmuş cəsarətli gənc qızlar nəslini ruhlandırıb.

Emil Hüseynov




08/04/13    Çap et