Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
BTRİB yeni telefon çəkilişi və telefonların addan-ada keçirilməsi qiymətlərinə endirim edib
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar mayın 31-dək güzəştli əsaslarla bir sıra xidmətlər göstərir.
BTRİB-dən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, yeni telefon çəkilişi tarifinə 50% güzəşt tətbiq etmək və yeni telefon çəkdirən abunəçiyə (Qarabağ əlillərinə və şəhid ailələrinə) telefon aparatı hədiyyə verilir.
Mənzil telefonlarının addan-ada keçirilməsi, telefonun təhvil verilməsi barədə arayışın təqdim olunub-olunmamasından asılı olmayaraq, 2 manat tariflə həyata keçirilir. Bakı şəhər ərazisində daşınan İP telefon 20 manat tariflə çəkilir, genişzolaqlı internet (ADSL və ayrılmış xətt) və İPTV xidmətlərinə qoşulma pulsuz həyata keçirilir, 1÷3 Mbit/s sürətli internetə yeni qoşulan və 3 aylıq abunə haqqını əvvəlcədən ödəyən abunəçiyə 1 ay pulsuz internet xidməti göstərilir, 4÷10 Mbit/s sürətli internetə yeni qoşulan və 3 aylıq abunə haqqını əvvəlcədən ödəyən abunəçiyə modem və 1 ay İPTV-dən istifadə pulsuz verilir.
Aynur Vəliyeva
08/04/13 Çap et