Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"ZTE" 180 dollardan ucuz dördnüvəli smartfon istehsal edib
"ZTE" şirkəti 180 dollardan ucuz büdcəyə uyğun dördnüvəli smartfon istehsal edib. Lakin "V965" modelini yalnız Çində satın almaq olar. Aparat 1,2 QHs takt tezlikli dördnüvəli "MediaTek MT6589" çipi ilə təchiz edilib.
"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, smartfon, həmçinin 854×480 piksel təsvir ölçülü 4,5 düym ekran, 512 MB əməli yaddaş və 4 QB daxili yaddaş, 5 meqapikselli əsas kamera ilə təchiz edilib.
Qurğu "Android 4.1 Jelly Bean" mobil əməliyyat sistemi ilə işləyir və 2000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.
Emil Hüseynov
08/04/13 Çap et