Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İstedadlı gənc müəllimlərlə bağlı məlumat bankı yaradılıb
Azərbaycanın istedadlı gənc müəllimləri ilə bağlı məlumat bankı yaradılıb. Təhsil Nazirliyindən (TN) verilən məlumata görə, sözügedən banka artıq 25-35 yaş arası 1210 nəfər istedadlı gənc müəllim haqqında məlumat daxil edilib.
Nazirlik tərəfindən təsdiqlənən “Fəaliyyət planı”na uyğun olaraq, TN həmin müəllimlərin fəaliyyətini stimullaşdıracaq. Bankda məlumatları yer alan müəllimlərin qabaqcıl təcrübələrinin öyrənilməsi, eyni zamanda istedadlı müəllimlər üçün treninqlərin, zona müşavirələrinin keçirilməsi nəzərdə tutulur.
HƏQİQƏT
08/04/13 Çap et