Milli Təhsil Portalında elektron resursların sayı artırılır
Hazırda Milli Təhsil Portalında (
www.edu.az ) 8 fənn üzrə 122 dərs mövcuddur. Bunlara fizika, kimya, biologiya, ədəbiyyat, musiqi və riyaziyyat üçün hazırlanmış dərslər daxildir.
Eyni zamanda portalda “Azərbaycan epistolyar irsi”, “Üzeyir Hacıbəyovun “Virtual muzeyi”, “Azərbaycan tarixinin canlı səsləri”, “Language learning inserts”, “Learning English” kimi elektron resurslar da yerləşdirilib. Bu siyahıya ibtidai siniflər üçün hazırlanmış “İnfoko” resurslarını da misal göstərmək olar.
Təhsil Nazirliyindən (TN) bildirilib ki, elektron resursların keyfiyyətinin qiymətləndirilməsi məqsədilə TN-in nəzdində fəaliyyət göstərən Elektron tədris resurslarının qiymətləndirilməsi Şurası yaradılıb.
Qeyd edək ki, müvafiq dövlət proqramı çərçivəsində “Intel SKOOL” elektron dərs platformasının Azərbaycan tədris sisteminə uyğunlaşdırılması (400 elektron dərs, “
www.skoool.az ” portalının adaptasiyası), “Young Digital Planet” şirkətinin “Universal Kurrikulum” platforması üzrə elektron dərslər (20 elektron dərs-müəllim versiyası, 20 elektron dərs-şagird versiyası), “Tehsil.tv” videoportalının yaradılması və onlayn videoresursların, o cümlədən videodərslər, təhsil reportajları, təhsil verilişlərinin yerləşdirilməsi həyata keçirilib.
Dövlət proqramı çərçivəsində şəbəkə üzərindən videotexnologiyaların tətbiqini genişləndirmək məqsədi ilə “
www. video.edu.az ”” portalı da yaradılmışdır. Portala müxtəlif fənlərə aid dərslər yerləşdirilmiş və eyni zamanda dərslərin yerləşdirilməsi davam etdirilməkdədir.
HƏQİQƏT