Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iMessage” üzərindən göndərilən mesajları ələ keçirmək mümkün deyil


ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin internetə düşmüş xidməti hesabatına əsasən, "iMessage tətbiqi üzərindən "Apple"-ın bir qurğusundan digərinə göndərilmiş mesajları, hətta dinləmək üçün məhkəmə orderinə malik olmaqla ələ keçirmək mümkün deyil".

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, "iMessage" tətbiqini "Apple" şirkəti 2011-ci ilin iyununda "WWDC" konfransında nümayiş etdirib. Xidmət "iPhone", "iPad", "Mac" və şirkətin digər məhsullarında quraşdırılıb.

Tezliklə "iMessage" ən populyar şifrələnmiş çata çevrildi. Ötən ilin payızında "Apple"-ın baş direktoru Tim Kuk bəyan edib ki, "iMessage" tətbiqi üzərindən 300 milyarddan çox mesaj göndərilib.

Şirkətin statistikasına əsasən, istifadəçilər daha çox şəbəkə üzərindən ünsiyyət saxlamağa üstünlük verirlər, çünki "SMS" sərf etmir.

Emil Hüseynov




08/04/13    Çap et