Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung”la “Apple” yenə düşmən oldu


ABŞ-ın Beynəlxalq Ticarət Komissiyası “Samsung” şirkətini “Apple” şirkətinin daha bir patentini pozmasında günahkar bilib.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, bu dəfə patent pozuntusu mobil telefonlarda mətni vurğulamaqla bağlıdır. Bu patent sensor ekranda jestlə mətnin vurğulanması funksiyasını həyata keçirən yarı şəffaf təbəqənin yaradılmasını özündə ehtiva edir. Müasir smartfonların çox hissəsi brauzerlərdə və ya ani məlumat sistemlərində məhz bu üsulla mətni vurğulayırlar.

“Apple” qeyd edilən patentin hüquqlarını 2002-ci ildə əldə edib. Hazırda “Samsung” RE41,922 patentinin iki hissəsinin pozulmasında günahkar sayılır. Pozuntular koreyalı istehsalçının bir neçə modelində aşkar edilib.

Komissiya “Apple” tərəfindən “Samsung”un onun digər, smartfonlara qoşulmuş qulaqcıqların aşkar edilməsi sistemini təsvir edən, patentə olan hüquqlarını pozduğu haqda öncə təqdim edilmiş şikayətini qəbul etməyib. ABŞ-da mövcud olan reqlamentə əsasən, komissiya, patentləri pozulması aşkar edilmiş hər hansı məhsulun satışını qadağa edə bilər.

Aynur Vəliyeva




08/04/13    Çap et