Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda həbs cəzası çəkən xarici ölkə vətəndaşlarına yaxınları və ailə üzvləri ilə “Skype” vasitəsilə əlaqə yaratmaq imkanı verilə bilər
Azərbaycanda həbs cəzası çəkən xarici ölkə vətəndaşlarına yaxınları və ailə üzvləri ilə "Skype" və digər elektron vasitələrlə əlaqə yaratmaq imkanı verilə bilər.
Milli Məclisdən verilən məlumata görə, bununla bağlı qanuna əlavə maddə salınması gözlənilir. Qanun layihəsində xarici məhbusların müvafiq nəzarət halında yaxınları və ailə üzvləri ilə müntəzəm əlaqə saxlamalarına şərait yaradılması nəzərdə tutulur.
Bu imkan məhkumlara hər ay üçün müəyyən limitlə veriləcək. Layihənin yaxın zamanlarda Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir. Hazırkı qanunvericiliyə əsasən, Azərbaycan həbsxanalarında xarici mühitlə internet əlaqəsi qadağandır.
RƏVAN
08/04/13 Çap et