Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bir ildən sonra “Windows XP” əməliyyat sistemi olmayacaq
2014-cü il aprelin 8-də "Microsoft" korporasiyası "Windows XP SP3" və "Windows XP x64 Edition SP2" əməliyyat sistemlərinin (ƏS) dəstəklənməsini dayandıracaq.
"ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, "Windows XP" platforması 2001-ci ildə işıq üzü görüb və "Microsoft"un ən uğurlu məhsullarından biri olub.
"Net Applications" tədqiqat şirkətinin məlumatına görə, sözügedən ƏS-i 2008-ci ildə fərdi kompüterlərin (FK) 80%-nə quraşdırılıb. Lakin son illərdə "Windows XP" tədricən mövqeyini uduzur: ötən ay FK istifadəçilərinin 38,73%-i ona üstünlük veriblər.
Xatırladaq ki, "Windows XP" ƏS-nin dəstəklənməsi başa çatdıqda (2014-cü il aprelin 8-i) onun on iki yaşı olacaq. Nəticədə ən uzunömürlü ƏS-i adına layiq görüləcək.
EMİL
08/04/13 Çap et