Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hansı ölkənin vətəndaşları mobil aparatlarını tez-tez dəyişirlər?
“Strategy Analytics” analitik şirkətinin araşdırmasına əsasən, Koreya vətəndaşları mobil telefonlarını tez-tez dəyişirlər. Araşdırma əsasında məlum olub ki, ötən il koreyalıların 67.8%-i öz aparatlarını dəyişiblər.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Çili bu göstərici üzrə ikinci yerdə qərarlaşıb. Adıçəkilən ölkənin vətəndaşlarının 55.8%-i yeni aparat satın alıblar. ABŞ və Uruqvay vətəndaşları müvafiq olaraq üçüncü və dördüncü yerdə qərarlaşıblar.
Araşdırmaya əsasən məlum olub ki, Banqladeşdə texnoloji yeniliklərlə çox az maraqlanırlar: 2012-ci ildə sözügedən dövlətin vətəndaşlarının yalnız 8.4%-i mobil telefonlarını dəyişiblər.
Emil Hüseynov
08/04/13 Çap et