Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” əməliyyat sistemi smartfon bazarının 50%-ni ələ keçirib


“Canalys” analitik şirkəti smartfon bazarındakı cari vəziyyət haqqında öz hesabatını dərc edib. Hesabatda bildirilib ki, 2011-ci ilin 2-ci rübü ərzində bütövlükdə 107,7 milyon smartfon tədarük edilib, bu isə ötən ilin nəticəsindən 73% çoxdur.
Asiya-Sakit okean regionu "ağıllı mobil telefon"ların ən böyük regional bazarı adını qoruyub saxlayıb, burada tədarük həcmi 39,8 milyon smartfona çatıb. “Canalys” şirkəti 56 ölkədə monitorinq aparıb. “Android” əməliyyat sistemi 35 ölkədə lider mövqe tutub. Belə olan halda isə “Google” şirkəti tərəfindən hazırlanan platformanın payı 48%-ə çatıb. “İOS” əməliyyat sisteminə gəlincə, onun bazar payı 19%-ə çatıb. Bu halda isə “iOS” “Nokia Symbian” platformasını üstələyib və reytinqdə ikinci yerə çıxıb.


www.dailycomm.ru




02/08/11    Çap et