Prezident İlham Əliyev: ““Azərspace-1”in uğurla orbitə buraxılması kosmik sənayenin inkişafının yalnız başlanğıcıdır”
"Biz hazırda yeni texnologiyalara sərmayə yatırırıq. İndi informasiya-kommunikasiya texnologiyaları sahəsi Azərbaycanda prioritetlərdən birinə çevrilir. Azərbaycan artıq kosmos sənayesinə malik olan məhdud sayda ölkələr klubunun üzvünə çevrilmişdir. Bu ilin fevral ayında ilk peykimiz - "Azərspace-1" uğurla buraxıldı və bu, kosmik sənayenin inkişafının yalnız başlanğıcıdır"
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Bakıda keçirilən "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumunun (Davos Forumu) açılışındakı çıxışından.