Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft”un sayəsində “Ericsson” dünyanın ən böyük İP televiziya provayderi olacaq
"Ericsson" şirkəti "Microsoft" korporasiyasının "Mediaroom" videoplatformasını satın almaq haqda razılaşıb. Sazişi bağlamaq 2013-cü ilin ikinci rübünə planlaşdırılsa da, bu sazişin neçəyə başa gələcəyi məlum deyil.
"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Ericsson" sazişi bağladıqdan sonra dünyanın ən böyük İP televiziya provayderi olacaq. "Mediaroom" texnologiyasından hazırda 11 milyon evdə quraşdırılmış 22 milyon televiziya əlavəsində istifadə edilir.
"Mediaroom" texnologiyası televiziya əlavəsi, smarfon, planşet, fərdi kompüter, "Xbox" oyun konsolu və digər qurğu sahiblərinə İP televiziya xidmətlərinin göstərilməsi üçün platformadır.
Emil Hüseynov
09/04/13 Çap et