Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bir şirkət ancaq bu qədər uğursuz ola bilər


"HTC" şirkəti 2013-cü ilin birinci rübü üzrə hesabat verib. Tayvan şirkəti üç ay ərzində təxminən 1.4 milyard dollar gəlir əldə edib. Bu göstərici 2012-ci ilin birinci rübü ilə müqayisədə 37% azdır.

"ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, xalis mənfəət 98% azalaraq 2,8 milyon dollar olub.

Müqayisə üçün qeyd edək ki, şirkət bir il əvvəl təxminən 140 milyon dollar dəyərində mənfəət əldə etmişdi. Mənfəətin bu dərəcədə kəskin azalmasının əsas səbəblərindən biri hələ "One" smartfonunun satışlarına başlanılmamasıdır.

Emil Hüseynov




09/04/13    Çap et