Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda Azərbaycan-Litva Biznes Forumu keçirilir


Bu gün Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Litva Biznes Forumu işə başlayıb.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə çıxışında iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib ki, Azərbaycanla Litva arasında kənd təsərrüfatı, bərpa olunan enerji, sənaye sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur.

Öz növbəsində Litvanın baş naziri Algirdas Butkeviçius qeyd edib ki, Azərbaycan bazarı Litva şirkətləri üçün böyük maraq kəsb edir. “Azərbaycanla Litva arasında ticarət dövriyyəsi mütəmadi olaraq artır. Belə ki, 2012-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 34% artaraq 49 milyon dollar təşkil edib. Litvadan Azərbaycana idxal həcmi ötən il 52% artıb və 45 milyon dollar təşkil edib.

Litva şirkətləri Azərbaycan özəl sektoruna 500 milyon istehlakçısı olan Avropa İttifaqı bazarına çıxış imkanı verə bilər", - deyə o bildirib. Forumda müxtəlif sahələri təmsil edən, 100-dən çox şirkətin nümayəndələri iştirak edir.

Aynur Vəliyeva




09/04/13    Çap et