Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” mobil bazarda inhisarçılıqda ittiham olunub


17 texnologiya şirkətindən ibarət "FairSearch" adlanan qrup "Google"-un ədalətsiz rəqabətindən Avropa antiinhisar tənzimçisinə şikayət edib. İnternet nəhəngi mobil xidmət və reklam bazarına öz "Android" əməliyyat sistemi vasitəsilə təkbaşına nəzarət etməkdə ittiham edilir.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, şirkət "Android" platformasını istehsalçılara ödənişsiz təklif edir, lakin əvəzində onlardan "YouTube", "Google Play Store" və sairə kimi xidmətlərini mobil qurğunun işçi masasında ən əlverişli yerdə yerləşdirilməsini tələb edir.

"Strategy Analytics"-in məlumatına görə, 2012-ci ilin dördüncü rübündə smartfonların 70%-i "Android" mobil əməliyyat sistemi əsasında işləyib. "Biz sözügedən mühüm bazarda rəqabət və innovasiyanı qorumaq üçün Avropa Komissiyasından qətiyyətli addım atmağı xahiş edirik" – Vinye bildirib.

Emil Hüseynov




09/04/13    Çap et