Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Intel” korporasiyası yeni nəsil sürətli interfeys təqdim edib
"Intel" şirkəti "NAB" tədbiri çərçivəsində yeni nəsil "Thunderbolt" interfeysini təqdim edib.
"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, "Thunderbolt" interfeysinin yeni versiyasında verilənlərin ötürülmə sürəti 2 dəfə artıb.
Cari versiya verilənləri 10 Qb/s sürətdə ötürməyə imkan verir, yeni nəsil interfeysində isə bu göstərici hər iki istiqamətdə 20 Qb/s təşkil edir. Bu cür yüksək sürət sayəsində "Thunderbolt" interfeysi vasitəsilə eyni anda "4K" formatında videofayl ötürmək və təsviri ekranda göstərmək mümkün olacaq.
Yeni həllin bazara 2014-cü ildə çıxarılacağı gözlənilir.
Emil Hüseynov
09/04/13 Çap et