Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” yüksək sürətli fiber-optik şəbəkəni işə salıb


“Google” şirkəti Texas ştatının Ostin şəhərində “Google Fiber” adlanan yüksək sürətli fiber-optik şəbəkəni işə salıb.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, unikal kanalın keçirtmə qabiliyyəti saniyədə 1000 Mbit təşkil edir.

"Biz yeni texnologiyamızı ABŞ-ın yaradıcı və texnologiya cəmiyyətinə təklif etməyə şadıq. Biz əminik ki, şəbəkənin yeni imkanları vaxta qənaət etməyə, həmçinin ən cəsarətli və gözəl ideyaları həyata keçirməyə imkan verəcək” – deyə “Google” rəsmiləri qeyd ediblər.

Emil Hüseynov




10/04/13    Çap et