Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər şifrələri daxil etmək üçün fikrin gücündən istifadə etməyi təklif edirlər


Mətn şifrələri uzun illərdir istifadə edilir. Bununla belə onlar bir sıra çatışmazlıqlara malikdir: onları daxil etmək o qədər də rahat deyil, həm də onları “oğurlamaq” ehtimalı böyükdür. Alimlər alternativ variant kimi istifadəçinin beyninin elektrik dalğalarından istifadə etməyi təklif edirlər.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, aparıcı İT şirkətləri uzun illərdir ki ənənəvi şifrələrə əvəzləyici axtarırlar. Məsələn, “Google” şirkəti sistemə daxil olmaq üçün öz USB açarını yaradır, barmaq izlərinin skaneri getdikcə populyarlaşır.

Bununla belə, professor Con Çuanın metodu mövcud həllərdən çox fərqlənir.

Alim eyniləşdirmə üçün beynin elektrik dalğalarından istifadə etməyi təklif edir. Beynin elektrik dalğalarını Yaponiyanın “Neurosky” şirkətinin 200 dollarlıq “Neurosky MindSet” adlanan cihazı vasitəsilə “oxumaq” mümkündür. Cihaz başa bərkidiləcək, xüsusi datçik isə alına dayadılacaq. Eyniləşdirmədən keçmək üçün istifadəçinin öz nəfəsi ilə yaratdığı unikal elektroensefaloqrammadan istifadə ediləcək.

Emil Hüseynov




10/04/13    Çap et