Azərbaycanda ilk dəfə "ecaHack" müsabiqəsi reallaşdırılır
Azərbaycanda ilk dəfə "ecaHack" müsabiqəsi reallaşdırılır. Müsabiqənin Təşkilat komandasından “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata əsasən, yarışmada iştirak üçün müraciət mərhələsi artıq arxada qalıb. Seçim turu əsasında, müraciət etmiş 10 komandadan aşağıda adları qeyd olunanlar "ecaHack" müsabiqəsində iştirak hüququ qazanıb:
1.”PartySanchez”
2.”Aphrodite”
3.”Babayev”
4.”Ziko”
5.”Technical_Developer”
6.”WanderingMinds”
7.”Expert”
Müsabiqədə iştirak hüququ qazanan proqramçılar “Android” əməliyyat sistemi əsasında müxtəlif tətbiqetmələr hazırlayaraq bilik və bacarıqlarını sərgiləyəcəklər. Müsabiqənin final mərasimi 2013-cü ilin 13-14 aprel tarixlərində "Azercell" şirkətinin baş ofisində keçiriləcək.
Qalib gələn iştirakçılar müxtəlif dəyərli hədiyyələr və ən əsası cari ilin oktyabr ayında Rumıniyanın Buxarest şəhərində keçiriləcək 3 günlük "Global ecaHack" müsabiqəsində öz mobil tətbiqetmələrini nümayiş etdirərək, daha qlobal səviyyədə tanınma şansı qazanacaqlar.
"ecaHack" – “Android” əməliyyat sistemi əsasında komandalararası tətbiq yarışmasıdır. Müsabiqə Şərqi Avropanın müxtəlif ölkələrində keçirilən "Global ecaHack" layihəsi çərçivəsində reallaşdırılır. Əsas məqsəd – mobil tətbiq sahəsində yeni istedadları kəşf etmək, onların bilik və bacarıqlarını nümayiş etdirmək üçün imkan yaratmaq, Azərbaycanda bu sahəni genişləndirərək, ümumilikdə ölkədə İKT sahəsinin inkişafına təkan verməkdir. Müsabiqə haqqında daha ətraflı məlumatı
“
www.hackathonazerbaijan.org”” və “
www.barama.az”
Qeyd edək ki, “ICTnews.az” layihənin əsas informasiya dəstəkçisi qismində çıxış edir.
RƏVAN