Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstifadəçilərin əksəriyyəti yeni “BlackBerry” smartfonu almağa maraq göstərmir


"MKM Partners" analitik şirkətinin 1500-dən çox amerikalı istehlakçı arasında keçirdiyi sorğunun yekununa əsasən, istifadəçilərin 82,6%-i indiyə qədər yeni "BlackBerry 10" əməliyyat sisteminin istifadəyə verilməsindən xəbərsizdir.

Rəyi soruşulanların 68%-i "BlackBerry" ticarət markası altında istehsal edilən yeni smartfonları satın almaqda maraqlı deyil. "ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, respondentlərin 60.5%-i 2012-ci ilin payızında təqdim edilmiş "Windows Phone 8" platformasının mövcudluğundan xəbərsizdir.

Emil Hüseynov




10/04/13    Çap et