Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Toshiba” noutbuklar üçün yeni vinçester təqdim edib


“Toshiba” korporasiyası bu gün 2.5 düym form faktorunda hazırlanan “MQ01ABD” sərt disk seriyasını təqdim edib. Portativ kompyuterlərdə istifadə üçün nəzərdə tutulan daşıyıcılar 8 MB həcmli buferlə təchiz ediliblər. Şpindelin fırlanma sürəti 5 400 dövr/dəq təşkil edir; informasiyanın orta axtarış vaxtı 12 ms-dir. Fərdi kompyuterə qoşulma “Serial ATA II” interfeysi vasitəsi ilə həyata keçirilir.
“Toshiba” 250, 320, 500 və 750 QB və hətta 1 TB tutumlu vinçesterlərin modifikasiyasını təklif edəcək. Disklərin ölçüləri 100×70×9,5 millimetr, çəkiləri 102 və ya 112 q (lövhələrin miqdarından asılı olaraq). “MQ01ABD” seriyalı vinçesterlərin kütləvi istehsalı cari ayda başlanacaq; qiyməti haqqında informasiya hələ ki yoxdur.


hard.compulenta.ru




02/08/11    Çap et