Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron ticarət xidmətlərinin təşkilini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var


Azərbaycan startup yaradıcıları ölkədə e-ticarət fəaliyyətinin həyata keçirilməsi üçün normativ-hüquqi bazanın təkmilləşdirilməsinə ehtiyac olduğunu bildiriblər.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, "İnternet-biznes üçün investisiya mühiti və investisiya imkanları" konfransında çıxışında "StartUp Azərbaycan" layihəsinin Təşkilat komitəsinin nümayəndəsi Ülvi Aslanov bildirib ki, ölkədə elektron ticarətlə məşğul olmaq istəyən sahibkarlar bu sahədə qanunvericiliklə tanış olmaq istədikdə böyük problemlərlə üzləşirlər.

"Bəzi hallarda tələb olunan qanunvericilik aktlarını tapmaq ya çətin olur, ya da ümumiyyətlə, onlar mövcud olmurlar. Bütün bunlar bu sahədə fəaliyyət göstərmək istəyən sahibkarların fəaliyyətinə əngəl yaradır. Əsasən də bu problemlər beynəlxalq səviyyədə onlayn ödənişləri həyata keçirmək mexanizmlərinin işlədilməsini nəzərdə tutan layihələrə təsadüf edir. Eyni zamanda kiçik sahibkarlıqla məşğul olmaq istəyən və cəmi 3-4 min manat ilkin kapitalı olan tələbələr və digər kontent yaradıcıları göstərdikləri xidmətlər üçün nəzərdə tutulan vergi rüsumlarının həddindən artıq yüksək olmasından şikayətlənirlər", - deyə o bildirib.

Aynur Vəliyeva




10/04/13    Çap et