Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Amerikalı məhbuslar tvit göndərmək imkanı əldə ediblər


Kaliforniyada həbs haqqında qanuna edilmiş düzəlişə əsasən, artıq məhbus telefon zəngindən başqa, "Twitter" vasitəsilə mesaj göndərmək imkanına malikdir.

"ICTnews.az" elektron xəbər xidməti "1news.az" saytına istinadən bildirir ki, "Qanuna görə, məhbus yalnız bir insana zəng etmək hüququna malikdir və həmin insan o vaxt hansısa işlə məşğul ola və dəstəyi götürməyə bilər – qanun layihəsinin lobbisti Cek Vollan danışıb.

Dərc edilmiş tviti isə məhbusun bütün yaxınları görəcək. Şübhəsiz, bu cür düzəliş ABŞ-da söz azadlığının aliliyini gücləndirəcək". Artıq cinayətkarlar yeni düzəlişdən istifadə edir.

Emil Hüseynov




11/04/13    Çap et