Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Koreyanın Təhsil, Elm və Texnologiya Nazirliyi azərbaycanlı tələbələrə xaricdə təhsil alma imkanı yaradır


Azərbaycanlı tələbələrin xaricdə təhsillərini davam etdirməsi üçün növbəti təklif gəlib. Bu dəfə yerli tələbələrimizə ölkədən kənarda təhsil alma imkanını Koreya Respublikasının Təhsil, Elm və Texnologiya Nazirliyi (TETN) yaradır.

"ICTnews" elektron xəbər xidmətinə Azərbaycan Təhsil Nazirliyindən bildirilib ki, TETN-in nəzdində fəaliyyət göstərən Beynəlxalq Təhsil və İnkişaf üzrə Koreya Milli İnstitutu (NIIED) 2013-2016-cı tədris dövrü üçün nəzərdə tutulmuş təqaüd proqramı çərçivəsində "KDI School of Public Policy and Management" ali təhsil müəssisəsində "Dövlət siyasəti" (Public Policy) və "İnkişaf Siyasəti" (Development Policy) üzrə magistr dərəcəsi əldə etmək üçün təqaüd proqramlarını təklif edir.

Təhsil haqqı və Koreyada yaşama xərcləri dəvət edən tərəfindən ödənilir. Qəbul qaydaları bu ünvandan əldə oluna bilər: "http://sdrv.ms/17o5TdX".

HƏQİQƏT




11/04/13    Çap et