Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İlin sonunadək 1.4 milyard mobil qurğu “HTML5” texnologiyasını dəstəkləyəcək
"ABI Research" analitiklərinin proqnozuna görə, 2013-cü ilin sonunadək "HTML5" texnologiyasını dəstəkləyən mobil qurğuların ümumi sayı 1,4 milyardı ötəcək.
Ötən illə müqayisədə bu cür smartfon və planşetlərin bazası 87% artacaq ki, bu da tətbiq tərtibatçıları üçün böyük meydan deməkdir. Lakin ekspertlər qeyd edir ki, proqramçılar və iri proqram firmaları yerli proqram təminatı (Native Software) yaratmağa üstünlük verirlər. Bu tip proqramlar konkret proqram platforması və ya hətta qurğu üçün yazılır.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "ABI Research" şirkətinin analitiki Aapo Markkanenin sözlərinə görə, "HTML5" texnologiyası əsasən, proqram təminatının hazırlanmasında kross-platforma vasitələrindən istifadə edən tərtibatçılar sayəsində inkişaf edir.
Emil Hüseynov
11/04/13 Çap et