Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda genişekranlı “multi touç” köşklərinin istehsalına başlanıldı
Azərbaycanın elektron avadanlıq istehsalçısı olan «Kür» zavodu yeni genişekranlı “multi touç” “KASPİ -42” modelli köşkünün istehsalına başladı.
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə zavodun direktoru Rizvan Osmanov məlumat verib. Onun sözlərinə görə, multisensorlu kiosk “KASPİ-42” yeni model olaraq bu günün tələblərinə və dizaynına uyğun olaraq yaradılıb.
Direktor bildirib ki, yeni informasiya köşkləri “multi touç” ekranlarla təchiz edilib. Xoşagələn rənglər, keyfiyyətli rəng ötürmələri, uzunmüddətli və çox az enerji sərfiyyatı, müasir dövrün tələblərinə cavab verə bilən LED monitor avadanlığın dünyanın ən öndəgedən ölkələrinin istehsal etdiyi uyğun köşklərlə rəqabət aparmasına imkan verir. Sensor ekranlardan fərqli olaraq, “multi touç” ekranları daha çox rahatlıq və nəzarət obyektlərinin idarə edilməsində istifadə edilir.
Yeni sensor ekran köşklərinin korpuslarını hər cür xoşagələn rənglə rəngləmək mümkündür və hər hansı bir formada hazırlana bilər, həmçinin reklam üçün istifadə edilə bilər. Bu, fərdi istəklərə uyğundur, müştərinin məhsul və ya xidmətlərə diqqət çatdırmaq üçün orijinal yoldur.
Yeni informasiya köşkünün turizm obyektlərində, muzeylərdə, reklam sahəsində, müxtəlif sərgilərdə, oyun zonalarında, idman meydançalarında, ticarət mərkəzlərində, hava limanında, avtovağzal, dəmiryol vağzallarında və parklarda qurulması nəzərdə tutulub.
RƏVAN
11/04/13 Çap et